Koçaryan-Paşinyan savaşında QARABAĞ DETALI - Keçmiş prezidentdən SENSASİON İDDİA
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryan-Paşinyan savaşında QARABAĞ DETALI - Keçmiş prezidentdən SENSASİON İDDİA

Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2008-ci ilin martında İrəvanda kütləvi iğtişaşlara görə birbaşa məsuliyyəti daşıyır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti Robert Koçaryan 5TV erməni telekanalına müsahibəsində bildirib.

Koçaryan fərz edib ki, onun cinayət təqibi həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə onun mövqeyi ilə bağlı ola bilər.

“Mənim keçmişim o gücləri narahat edə bilər ki, Qarabağ münaqişəsini ermənilərin lehinə nizama salınmasına cəhd etmirlər”, - sabiq prezident deyib.

Qeyd edək ki, 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində konstitusiya quruluşunun devrilməsində ittiham olunan Koçaryan 2018-ci ildə iki dəfə həbs edilib. O, ötən ay qondarma Dağlıq Qarabağ rejiminin liderlərinin zəmanəti ilə azad edilib. Daha sonra məhkəmə Koçaryanın işi üzrə cinayət işini dayandırıb və iş Konstitusiya Məhkəməsinə göndərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm