Bunu Putinin acığına edin! - Jurnalistdən ÇAĞIRIŞ
Bizi izləyin

Cənubi Qafqaz

Bunu Putinin acığına edin! - Jurnalistdən ÇAĞIRIŞ

Amerika jurnalisti Uill Ketkart səyahətçiləri ”Putinin acığına" (Rusiya prezidenti Vladimir Putin –red.) Gürcüstana baş çəkməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu haqda CNN telekanalının saytında yazıb.

“Gürcüstana sizin köməyiniz lazımdır”, - o bildirib.

Jurnalist əlavə edib ki, indi bu ölkəyə baş çəkməyin əsl vaxtıdır.

Ketkartın sözlərinə görə, gürcü xalqı həqiqəti danışdığı üçün Rusiya lideri Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlarının qadağan edib.

Xatırladaq ki, iyunun 21-də Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını müvəqqəti qadağan edib. Turistik şirkətlərə xidmətlərin dayandırılması, hökumətə isə Gürcüstanda olan Rusiya turistlərinin geri qaytarılması üçün lazım olan addımların atılması tövsiyə edilib.

Sərancamda qadağanın nə zaman qaldırılacağı qeyd edilmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sərəncamı şərh edib.

“Gürcüstandakı vəziyyət normallaşmalı və bizim vətəndaşların təhlükəsizliyinə hədə ola biləcək hallar aradan qalxmalıdır” – deyə Peskov qərarın Rusiya vətəndaşlarının təhlükəsizliyi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Rusiya Dumasının deputatı Sergey Qavrilov 20 iyun tarixində Tbilisidə keçirilən provoslavların parlamentlərarası assambleyasının toplantısında Gürcüstan parlamentinin spikerinin yerində oturub və iclasa sədrlik edib. Müxalifət partiyasınından olan deputatlar tribunanı bağlayaraq, Rusiya nümayəndə heyətinin iclas zalına qayıtmasına imkan verməyiblər. Rusiya nümayəndə heyəti mühafizənin müşayəti ilə binanı tərk edib.

Nəticədə parlament binasının qarşısında böyük mitinq yığılıb və gecə saatlarında polis tərəfindən sərt şəkildə dağıdıldı. Tbilisidə etiraz aksiyaları indiyə kimi davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm