Ermənistanda əsgərlər ORDUDAN BELƏ QAÇIR: "Qayıtsam, özümü öldürəcəm"
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda əsgərlər ORDUDAN BELƏ QAÇIR: "Qayıtsam, özümü öldürəcəm"

Ermənistanda əsgərlər hərbi xidmətdən boyun qaçırır.

Publika.az xəbər verir ki, buna səbəb ordunun ağır şəraitdə olmasıdır.

Şamşyan.com saytının məlumatına görə, 19 yaşlı əsgər Narek S. hərbi hissədən qanuni məzuniyyət alıb və ailəsinin yanına gedib. Onun məzuniyyəti bu gün başa çatsa da, əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib. Ailəsinə bildirib ki, hərbi hissəyə qayıtsa, həyatına son qoyacaq.

Əsgərin yaxınları psixoloji təcili yardım mərkəzinin fövqəladə xidmət qrupunu köməyə çağırıblar. Psixoloqun müayinəsindən sonra məlum olub ki, gənc əsgər psixoloji təzyiqə məruz qalıb.

Hazırda o, həkimlərin nəzarəti altındadır və polis hərbi hissədə əsgərin təzyiqə məruz qalıb-qalmadığını öyrənmək üçün problemi araşdırır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm