• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Rustavi-2-nin yayımı dayandı - VİDEO

Rustavi-2-nin yayımı dayandı - VİDEO

Gürcüstanın Rustavi-2 televiziyası yayımını müvəqqəti dayandırıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rustavi-2-nin baş direktoru Nika Qvaramiya deyib. Onun sözlərinə görə, Putinin televiziyanın jurnalisti tərəfindən söyülməsindən sonra başlayan etiraz aksiyaları jurnalistlərin təhlükəsizliyi üçün təhdid yaradıb.

Qvaramiya Rustavi-2-nin aparıcısı Georgi Qabuniyanın təhqiramiz sözlərinə görə üzr istəyib. Bununla belə, o, Rusiya prezidentinin bu təhqirlərin hər birini haqq etdiyini, amma Qabuniyanın bu təhqirləri daha münasib dillə deməsi gərəkdiyini söyləyib.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də insidentə münasibət bildirib. O, Rustavi-2-ni isteriyadan uzaq durmağa səsləyib:

“Rusiya imperializmi və işğalı ilə mübarizədə bizim media isterik Rusiya KİV-lərinə çevrilməməlidir. Haqq bizim tərəfimizdədir və həqiqəti sivil formada vermək lazımdır”.

Qeyd edək ki, bundan öncə Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı verilişin başlanğıcından Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ona qarşı müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.

***

Rustavi-2 bir neçə saatlıq fasilədən sonra yayımını bərpa edib.

Rustavi-2-nin rəhbəri Nika Qvaramiya kanalın əməkdaşlarını ofisə geri dönməyə, hakimiyyəti isə jurnalistləri müdafiə etməyə çağırıb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR