• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

SON DƏQİQƏ: Ermənistanda qəza, bütün ölkə qaranlığa QƏRQ OLDU - VİDEO (YENİLƏNDİ)

SON DƏQİQƏ: Ermənistanda qəza, bütün ölkə qaranlığa QƏRQ OLDU - VİDEO (YENİLƏNDİ)

Ermənistanın paytaxtı İrəvan və bir sıra digər şəhərlərdə elektrik enerjisi kəsilib.

Axar.az xəbər verir ki, paytaxtda elektrik kəsintisi ucbatından metronun faəliyyəti də dayanıb. Hazırda Ermənistan Fövqəladə Hallar Nazirliyi metropolitendən sərnişinlərin evakuasiyasına başlayıb. Elektrik kəsintisinin dayandığı yerlərdə internet və telefon əlaqələrində problemlər yaranıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan öz Feysbuk səhifəsində yaranan problemlə əlaqədar bəyanat paylaşıb. Belə ki, o, kəsintiyə əsas səbəbin İrəvan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokundakı qəzaları göstərib. Avinyan həmçinin bütün ölkə üzrə kəsintilərin mümkün ola biləcəyini də açıqlayıb.

Baş nazirin müavini yaranan problemi saat 19:00-a qədər həll etməyə çalışacaqlarını bildirib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR