• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Gürcülər ermənilərin şok əməlini İFŞA ETDİ

Gürcülər ermənilərin şok əməlini İFŞA ETDİ

Gürcüstanla Ermənistan arasında yerləşən “Sadaxlo” adlanan gömrük postunda erməni vətəndaşı saxlanılıb.

Publika.az rus mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs Rusiyaya radioaktiv material aparmaqda təqsirləndirilir. Açıqlamalara görə, Ermənistan vətəndaşı idarə etdiyi mikroavtobusda 4 paketə bürünmüş insan həyatı üçün olduqca zərərli maddəni Gürcüstan ərazisindən keçirməyə cəhd göstərib. Ekspertiza nəticəsində məlum olub ki, qablaşdırmaların çəkisi 71, 63 kq-a bərabərdir. Radioaktiv izotop material isə sağlamlığa ən ciddi ziyan vuran zəhərdir.

Qablaşdırmadakı maddələrin şüalanma dərəcəsi saatda 18 mikrozivertə bərabərdir.

Xatırladaq ki, maksimal təhlükəsizlik saatda 0,5 mikrozivert hesablanır.

Saxlanılan erməni artıq Tbilisi şəhər məhkəməsinə təhvil verilib. Cəza müddəti isə 5 ildən 10 ilədək arta bilər.

Leyla Sarabi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR