• USD 1,7000 0,00% EUR 1,8840 -0,10%
    • GBP 2,0603 -0,28% RUB 0,0258 +0,78%

Həsənovdan İrəvanda PKK-ya dəstək - Türkiyəyə qarşı ŞOK İTTİHAMLAR

Həsənovdan İrəvanda PKK-ya dəstək - Türkiyəyə qarşı ŞOK İTTİHAMLAR

Ermənistanda hakim “Mənim addımım” blokunun deputatı, yezidi kürd icmasının rəhbəri Knyaz Həsənov Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı keçirdiyi “Pəncə” əməliyyatını pisləyən açıqlamalar verib.

Publika.az
xəbər verir ki, İrəvanda mətbuat konfransı keçirən Həsənov Türkiyənin “kürdləri məhv etmək istədiyini” iddia edib.

Bildirib ki, Ərbildə bir türk diplomatının öldürülməsindən sonra başlanan “Pəncə” əməliyyatı beynəlxalq hüquqa ziddir.

“Diplomatın öldürülməsini heç bir təşkilat üzərinə götürməyib, hətta bunu PKK etsəydi belə, biz bunu dəstəkləyərdik. Türkiyə “dinc əhali”yə qarşı hücumlar edir. Dünən gecə Türkiyə ordusu Mahmur bölgəsini bombalayıb, orada BMT-nin himayəsi ilə qaçqınlar yerləşir. Bu o deməkdir ki, Türkiyə dövləti “kürdlərin məhvini” qarşısına məqsəd qoyub”, - Həsənov iddialar irəli sürüb.

Qeyd edək ki, Ermənistanda ermənilərdən başqa yalnız yezidi kürdlər yaşayır. Onlar Dağlıq Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşürdü, indi də İrəvanın işğalçı siyasətini dəstəkləyirlər. Paşinyanın rəhbərlik etdiyi blokun deputatı olan Həsənovun Türkiyəyə qarşı çıxışları da Ermənistanın siyasi sifarişidir.

Asif


Xəbər lenti

DAHA ÇOX XƏBƏR