Ermənistan ordusu ilə bağlı hər kəsdən gizli saxlanılan DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan ordusu ilə bağlı hər kəsdən gizli saxlanılan DƏHŞƏTLİ FAKTLAR

Ermənistan ordusunda intihar, güllələnmə kimi hadisələr sürətlə artır.

Publika.az
xəbər verir ki, iyulun 23-dən 24-nə keçən gecə 19 yaşlı əsgər Volodya Qaloyan ölümcül güllə yarası alıb.

Hadisənin araşdırılması nəticəsində məlum olub ki, Qaloyanı əsgər yoldaşı güllələyib. Bir neçə gün öncə isə erməni hərbi birləşmələrində intihar hadisəsi qeydə alınıb.

Ermənistan mediası orduda dəhşətli hadisələrin baş verdiyini, lakin bir çox faktın ictimaiyyətdən gizlədildiyini yazır. Xüsusilə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin daxilində müəmmalı qətllərin sayı sürətlə artır.

Erməni şərhçi Sərkis Artsruni yazır ki, orduda itkilər rəqib gülləsindən daha çox qeyri-qanuni münasibətlərin nəticəsində qeydə alınır.

“Baş nazir və digər məmurlar vaxtaşırı orduda korrupsiya risklərinin azalması və yeni münasibətlərin tətbiqi haqqında danışsa da, inqilab bu kədərli statistikanı və qanunauyğunluğu dəyişdirmədi. Keçmiş kriminal-oliqarxiya sistemi ordunu məhv etmişdi. Ordumuz “aprel müharibəsi”nə hər cəhətdən köhnəlmiş şəkildə girdi”, - deyə o yazır.

Erməni şərhçi qeyd edir ki, “daxili düşmən” erməni əsgərlərini qırır: “Korrupsiya, səriştəsiz komandirlər qeyri-qanuni münasibətlər – ordunun ən böyük bəlası hələ də qalmaqdadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm