Cənubi Qafqaz
Paşinyan ən pis nümunədir - Piter Teys
Paşinyanın ritorikası Cənubi Qafqazda işləmək istəyən beynəlxalq investorlara təhlükə yaradır
Bunu Trend-ə müsahibəsində amerikalı ekspert, beynəlxalq məsələlər üzrə strateji məsləhətçi Piter Teys Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, erməni ritorikası zərərlidir, dağıdıcıdır və Cənubi Qafqazda işləmək, bu bölgədə fəaliyyətini qurmaq istəyən böyük strateji beynəlxalq investorları təhdid edir. Bu ifadələr davam edən iqtisadi durğunluq və hökumətin hər nazirliyini bürüyən yüksək korrupsiya ilə Ermənistanda vəziyyəti daha da ağırlaşdırır.
P.Teys qeyd edib ki, Paşinyanın fırtınalı nitqi onun avtoritar liderlik üslubunu göstərir: "Nikol Paşinyan Avropada və dünyada məsuliyyətli rəhbərliyin ən pis nümunəsidir. Ermənistanın baş naziri vəzifəsinə gəlişinin ilk günlərindən etibarən Paşinyan beynəlxalq qanunları dəfələrlə pozmağa, Dağlıq Qarabağ münaqişəsinin həllində iltihablı bəyanatlar və təcavüzkar davranış yolu ilə getməyə hazır olduğunu nümayiş etdirdi".
Amerikalı ekspertin fikrincə, son iki ildə dünyanın ən böyük hökumətlərarası qurumu olan ATƏT-in Ermənistan hakimiyyətinə beynəlxalq humanitar hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə məcbur etmək üçün təzyiq göstərə bilməməsi heç də ürəkaçan deyil: "Beynəlxalq ictimaiyyət Paşinyanın bu cür iltihablı bəyanatlarına dözməməlidir. ATƏT Ermənistan rəhbərliyini zorakılıq aktlarından çəkinməyə və təcavüzkar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən təcili surətdə çıxarmağa inandırmaq üçün tam məsuliyyət daşıyır. Digər tərəfdən, Azərbaycanın praqmatik diplomatik təşəbbüsləri həmişə qalib gələcək".
P.Teys əlavə edib ki, ABŞ Dövlət Departamenti də son aylarda Paşinyanın antaqonist yanaşmasının və döyüşkən ifadələrinin qarşısını almaqda daha fəal rol oynamalı idi: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli beynəlxalq ictimaiyyətin fəal iştirakından və Azərbaycana münasibətdə ikili standartların tətbiqinin qarşısını almağa yönəlmiş həqiqi səylərdən asılıdır".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları" nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bir bəyanatla Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək