Paşinyana ŞOK YAŞATDILAR: Putin, Sarkisyan və Saakyan üçlüyü...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana ŞOK YAŞATDILAR: Putin, Sarkisyan və Saakyan üçlüyü...

Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib.

Publika.az “Sputnik” agentliyiyinin erməni xidmətinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın ikinci prezidentinin ofisindən bildirilib.

Ermənistan və Rusiya arasında müttəfiq münasibətlərinin möhkəmləndirilməsində keçmiş prezidentin böyük rolunu vurğulayan Putin Köçəryana cansağlığı arzulayıb.

Daha əvvəl isə Köçəryanı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın separatçı qurumun lideri Bako Saaakyan təbrik ediblər.

Qeyd edək ki, Köçəryan hazırda həbsdədir. Rusiya İrəvandan onun azad edilməsini istəsə də, baş nazir Nikol Paşinyan hakimiyyəti Putinin istəyini yerinə yetirməkdən imtina edib. Siyasi müşahidəçilər Putinin təbrikinin Paşinyan üçün ciddi siqnal olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm