Saakaşvili seçkilərə qədər Gürcüstana geri qayıdacaq
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili seçkilərə qədər Gürcüstana geri qayıdacaq

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətəninə geri qayıtmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə prezident özü kanalların birində çıxış edərkən danışıb.

Saakaşvili bildirib ki, gələn il keçiriləcək parlament seçkilərinə qədər Gürcüstana qayıdacaq: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlətməli heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.

Gürcüstanda qiyabi həbs cəzası verilən Saakaşvili deyib ki, onun həbsxanaya salınması xalqın əlindədir: “Mən Ukraynada həbsxanadan qorxmadım, öz ölkəmdə bundan heç qorxmaram. Onlar o qədər zəifdirlər ki, Gürcüstan xalqına müqavimət göstərə bilməzlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm