Qubernator: Azərbaycanlı iş adamlarına hər cür şərait yaratmağa hazırıq
Bizi izləyin

Cənubi Qafqaz

Qubernator: Azərbaycanlı iş adamlarına hər cür şərait yaratmağa hazırıq

Azərbaycanlı iş adamlarının tez-tez Gürcüstan səfər etmələrini, bölgələrdəki investisiya mühiti ilə tanış olmalarını yüksək qiymətləndiririk.

Bu sözləri Azərtac-a müsahibəsində Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib.

Qubernator deyib ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü və “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə azərbaycanlı iş adamları Marneuli rayonuna səfər ediblər. İnanıram ki, bir növ tanışlıq məqsədi daşıyan bu səfər Azərbaycan iş adamlarının bölgəmizə marağını artıracaq: “Kvemo Kartli-Borçalı bölgəsi turizm, kənd təsərrüfatı üçün çox əlverişli bölgədir. Bu bölgədə azərbaycanlı iş adamları üçün hər cür şərait yaratmağa hazırıq”.

Onun sözlərinə görə, Gürcüstan hökuməti regionların iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlayıb. Proqramda xarici iş adamları üçün xüsusi imtiyazlar da nəzərdə tutulub. Azərbaycanlı iş adamlarını bölgəmizə sərmayə qoymağa və bu imtiyazlardan bəhrələnməyə dəvət edirəm”, - deyə qubernator vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm