Rusiya Türkiyə və Ermənistanın barışması üçün hərəkətə keçir - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Rusiya Türkiyə və Ermənistanın barışması üçün hərəkətə keçir - FOTO

“Ümid edirik ki, rəsmi İrəvan və Ankara aralarındakı münasibətləri yaxşılaşdırmağa davam edəcək”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

İrəvanın “Mediamax” xəbər agentliyinə açıqlama verən nazir bildirib ki, Rusiya iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün hər cür yardım etməyə hazırdır.

“Bu istiqamətdə imkanların qorunub saxlandığına inanırıq. Biz də tərəflərə lazımi yardımı göstərməyə hazırıq. Mövcud erməni-türk ixtilaflarının sürətli şəkildə həll olması Cənubi Qafqazda ümumi siyasi atmosferin yaxşılaşmasına, oradakı təhlükəsizlik və sabitliyin güclənməsinə xidmət edəcək. münasibətlərin yaxşılaşması sadəcə Türkiyə və Ermənistanı maraqlandıran məsələdir”-, Lavrov bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm