Paşinyan ordunu baş-ayaq etdi - Baş qərargah rəisini işdən çıxardı və...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan ordunu baş-ayaq etdi - Baş qərargah rəisini işdən çıxardı və...

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad ediləcək.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən kollegiya iclasından sonra qərar qəbul edilib.

Bildirilib ki, indiki rəisi onun müavini Onik Qasparyan əvəz edəcək. Bundan sonra rəisin bir müavini olacaq.

“Sputnik Armeniya”nın xəbərinə görə, kadr dəyişiklikləri ilə bəzi hərbçilər işdən azad edilib. Növbədə isə generallar var.

Bundan başqa, A.Davtyan baş hərbi müfəttiş Movses Akopyanı əvəzləyəcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısı M.Akopyanın isə növbəti vəzifəsi hələ ki məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm