Cənubi Qafqaz
Ermənistan parlamentində törədilən terror aktı yenidən araşdırılır
Ermənistan Prokurorluğu 1999-cu ildə ölkə parlamentində terror aktı barəsində işin istintaqını bərpa etməyi qərar verib.
Publika.az-ın məlumatına görə, bu barədə "RİA Novosti"ya Ermənistan Baş Prokurorluğunun mətbuat-katibi Arevik Haçatryan deyib.
Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə bir qrup terrorçu Ermənistan Milli Məclisinin iclas otağına girərək oradakı parlament və hökumət üzvlərini güllələyib.
Parlamentin spikeri Karen Dəmirçyan, Baş nazir Vazqen Sarkisyan, Milli Məclis sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, Deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abrahamyan, Operativ məsələlər üzrə nazir Leonard Petrosyan terrorçuların qurbanları olub.
Terrorçuların məhkəməsi 2001-ci ildən 2003-cü ilə qədər davam edib. Qrup lideri Nairi Hunanyan da daxil olmaqla 6 terrorçu ömürlük həbs cəzasına məhkum edilib. Qrupun digər üzvü 14 il həbs cəzasına məhkum edilib./Trend
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!