Cənubi Qafqaz
Məxfi Qarabağ danışıqları... - Erməni ekspertdən ŞOK İDDİA
Ermənistan və Azərbaycan müəyyən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindədir.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Angela Əlibəyova deyib.
“Əgər bundan əvvəl (Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Cenevrədəki son danışıqlar) tərəflər hazırlıq və texniki mərhələlərdə idisə, indi həqiqətən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindəyik”, - ekspert vurğulayıb.
Əlibəyova qeyd edib ki, Ermənistan tərəfinin açıqlamasında “təkliflərin verilməsi, qərar qəbul edilməsi və müzakirə olunmasının bəzi vaxtları” anlayışlarına rast gəlinir:
“Buna görə daha intensiv danışıqlar prosesinə giririk. 2020-ci ildə prosesin sürətlənəcəyini və həmsədrlərin tərəflərə təzyiqi artıracağını gözləmək olar”.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyd etdiyi ikinci vacib məqam məxfilikdir, yəni bu, 2020-ci ildə “danışıqlar barədə daha az məlumatımız olacaq” deməkdir:
“Danışıqlar prosesi bağlanacaq və fotoşəkillərdən, danışıqların müddəti və rəsmi mətnlərdən başqa hər hansı bir nəticə çıxmaq imkanlarımız az olacaq”.
O, 2020-ci ildə kifayət qədər gərgin danışıqlar prosesinin gözlənildiyinə inandığını söyləyib.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı