Ermənistanda atışma: Ölənlər və yaralananlar var
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda atışma: Ölənlər və yaralananlar var

Ermənistanın Lori əyalətində kütləvi dava olub.

Publika.az bu barədə “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Bazum ərazisində qeydə alınıb. Dava atışma ilə nəticələnib. Atışma zamanı 2 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları ərazidə tamamilə yanmış “VAZ-2121” markalı avtomobili aşkarlayıblar. Avtomobildə avtomat silah tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Niva” avtomobilinin hadisə ilə əlaqədar yandırılmasından şübhələnirlər.

Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməksdaşları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirirlər. /Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm