Güclü qar bu bölgədə həyatı İFLİC ETDİ - Məktəblər və yollar bağlandı
Bizi izləyin

Cənubi Qafqaz

Güclü qar bu bölgədə həyatı İFLİC ETDİ - Məktəblər və yollar bağlandı

Gürcüstanda əlverişsiz hava şəraiti həyatı iflic edib.

Publika.az xəbər verir ki, Acarıstan Muxtar Respublikasında yağan güclü qar ucqar ərazilərlə əlaqənin kəsilməsinə səbəb olub.

Dağlıq ərazilərdə qarın hündürlüyü 1,5 metrə çatıb.

Bəzi kəndlərdə məktəblərdə tədris prosesi dayandırılıb. Bir neçə kəndin elektrik enerjisi ilə təminatında da problem yaranıb.

İntensiv qarın yaratdığı fəsadların aradan qaldırılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm