Tehranda görüş: İran Ermənistanı xilas etmək istəyir
Bizi izləyin

Cənubi Qafqaz

Tehranda görüş: İran Ermənistanı xilas etmək istəyir

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bu ölkənin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri ilə görüşüb.

Publika.az
xəbər verir ki, görüşdə energetika sahəsində əməkdaşlıqla bağlı mövzular müzakirə olunub.

Ermənistan mediası bu görüşü İranın qaz ixracına başlaya biləcəyi kimi şərh edir.

Erməni şərhçi Akop Badalyan yazır ki, İranın Ermənistana qaz ixrac etməsi məsələsi yeni deyil: “Lakin indiyə qədər layihə reallaşmayıb. Buna səbəb İrana qarşı sanksiyalar və Rusiyanın münasibətidir. Belə bir görüşün bu günlərdə keçirilməsi məsələni aktuallaşdırdı. Çünki Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salmaqdan imtina etdi. Ermənistan İrana alternativ olaraq baxır. Mümkündür ki, Emənistan İranla yeni energetika əməkdaşlığına başlayacaq. Bu addımlar regionda İrəvan və Tehranın daha da yaxınlaşması ilə nəticələnə bilər”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm