Qarabağda erməni əsgərlər bir-birini güllələdi
Bizi izləyin

Cənubi Qafqaz

Qarabağda erməni əsgərlər bir-birini güllələdi

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisinin ölümünün səbəbi məlum olub.

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

Qeyd edilir ki, əsgər Henrix Aramyanın ölməsi faktı ilə əlaqədar onun hərbçi yoldaşı - kiçik çavuş O.D. saxlanılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kiçik çavuş xuliqanlıq niyyəti ilə adam öldürməkdə şübhəli bilinərək tutulub.

İstintaq davam edir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü hərbçi H.Aramyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm