Azərbaycanın 100-dən artıq vətəndaşı Gürcüstanda həbsdə yatır
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanın 100-dən artıq vətəndaşı Gürcüstanda həbsdə yatır

Ölkə həbsxanalarında 103 Azərbaycan vətəndaşı saxlanılır.

Publika.az "24News"a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin may ayı üzrə hesabatında bildirilib.

Ölkədə müxtəlif cinayət əməllərinə görə cəza çəkən Azərbaycan vətəndaşlarının sayı ötən ayla müqayisədə 3 nəfər azalıb.

Gürcüstanda ittiham olunan Azərbaycan vətəndaşlarının sayı 13 nəfər təşkil edir. Onların 8-i kişi, 5-i isə qadındır. Məhkumluq həyatı yaşayan Azərbaycan vətəndaşlarının sayı isə 81 kişi, 9-u qadın olmaqla 90 nəfərdir.

Gürcüstanda probasiya nəzarətində olan 25 Azərbaycan vətəndaşı da var. Onların 23-i kişi, 2-si qadındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm