70-ə yaxın abituriyentin təhsil haqqını bu dövlət ÖDƏYƏCƏK
Bizi izləyin

Cənubi Qafqaz

70-ə yaxın abituriyentin təhsil haqqını bu dövlət ÖDƏYƏCƏK

“Azərbaycan ərazisində yaşayan və bu il Gürcüstanda abituriyent olan soydaşlarmızın təhsil haqqı Gürcüstan dövləti tərəfindən maliyyələşdiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi öz bəyənatında qeyd edib.

Məlumata əsasən, bu il Gürcüstanın ali məktəblərinə imtahan üçün qeydiyyatdan keçən, lakin sərhədlər bağlı olduğuna görə, imtahanlara gələ bilməyən Azərbaycanda yaşayan 70-ə yaxın abituriyentin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, xarici ölkə vətəndaşı olan şəxslərin qanunvericiliyə əsasən ali təhsil məktəblərinə qəbul olması üçün imtahandan keçməsinə ehtiyac yoxdur, lakin təhsil haqqı ödənişli olur.

Bu il qrant əldə etmək üçün könüllü olaraq imtahandan keçmək istəyənlər isə, sərhədlərin bağlı olma səbəbinə görə, imtahanlara qatıla bilmədikləri üçün, Azərbaycanda yaşayan 70-ə yaxın abituriyentin təhsil haqqını Gürcüstan hökuməti qarşılayacaq. / "24News"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm