Cənubi Qafqaz
İvanişvili azərbaycanlıya vəzifə verdi - FOTO
Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneulidə “Gürcü Arzusu” partiyasının seçki qərərgahının rəhbəri təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə Ruslan Hacıyev Marneuli radiosuna müsahibəsində bildirib.
O deyib ki, partiyanın seçki qərərgahının rəhbəri olması ilə bağlı əvvəlcədən məlumatı olub. Hacıyev 6 iyul tarixində “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili tərəfindən rəsmi olaraq, Marneulidə yerləşən seçki qərərgahının rəhbəri vəzifəsinə təyin olunduğunu təsdiq edib:
“Demokratik Gürcü Arzusu partiyasının seçki qərərgahının rəhbəri təyin olundum. Bu birinci dəfə deyil, mən hər dəfə seçki qərəgahının rəhbəri oluram. Biz yenilməyi bilmirik, hər zaman qalib gəlməyi bilirik. Bu dəfə də qalib gələcəyik”, - deyə Ruslan Hacıyev bildirib.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA