Ermənistanı bu amerikalı idarə edəcək – Departamentdən şok qərar
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanı bu amerikalı idarə edəcək – Departamentdən şok qərar

ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiyaya qarşı mübarizədə kömək etmək üçün bir mütəxəssis işə götürmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, işə götürüləcək şəxs Ermənistanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcək və islahatların təbliğinə öz töhfəsini verəcək.

“Mütəxəssis yeni antikorrupsiya orqanlarının yaradılmasında Ermənistan hökumətinə dəstək verəcək və səmərəliliyini artıracaq. Bu qurumlar korrupsiya hallarını araşdıracaq və korrupsioner vəzifəli şəxsləri məsuliyyətə cəlb edəcəklər”, - məlumatda qeyd edilib.

Bundan əlavə, mütəxəssis Ermənistan hakimiyyət orqanlarına hüquq-mühafizə islahatlarının inkişafı və həyata keçirilməsi barədə məsləhət verməlidir. Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə quracaq.

Məsləhətçi, həmçinin araşdırmaçılar üçün təlimlər təşkil edəcək və Vaşinqton tərəfindən maliyyələşdirilən layihələri idarə edəcək.

Bu vəzifəyə yalnız Amerika vətəndaşları müraciət edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm