Gürcüstanda yoluxma halları yenidən artdı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda yoluxma halları yenidən artdı

Son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxanların sayında ötən günlərlə müqaisədə artım müşahidə olunub.

Publika.az xəbər verir ki, rəsmi açıqlamalara görə, bu gün 8 yeni yoluxma qeydə alınıb. 5 nəfər pasiyent isə virusdan sağalaraq evə buraxılıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 981 nəfərə çatıb. Onlardan 851 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 15 nəfər sözügedən virusdan həyatını itirib.

Hazırda ölkə üzrə karantində 4851, stasionar nəzarətdə isə 231 nəfər saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm