Ermənistan ETİRAF ETDİ: sayları 5-ə çatdı... - RƏSMİ - (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan ETİRAF ETDİ: sayları 5-ə çatdı... - RƏSMİ - (YENİLƏNDİ)

Ermənistan Silahlı Qüvvələrinin daha 3 hərbçisi yaralanıb.

Publika.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə portala Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib.

O bildirib ki, bununla da yaralıların sayı 5-ə çatıb.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, Ermənistan Silahlı Qüvvələrininin itkisi yoxdur. Lakin Ermənistan mediası və sosial şəbəkə platformalarında itkilərin sayının çox olduğu bildirilir.

***

11:01

Ermənistan ordusunun sərhəddə olan növbətçi polislərindən ikisi Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatına cavabı nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan feysbuk səhifəsində məlumat yayıb.

O bildirib ki, polislər mühafizə postunun yaxınlığında Azərbaycanın cəbhə bölgəsində istifadə edilən silahlardan bədən xəsarətləri alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm