Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının təcili iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə KTMT-nin rəsmi nümayəndəsi Vladimir Zaynetdinov məlumat yayıb.

Təşkilatın Baş katibi Stanislav Zasın təşəbbüsü ilə keçiriləcək KTMT-nin iclası tərəflər arasında məsləhətləşmələrə görə təxirə salınıb. Müzakirənin hansı formatda baş tutacağı da razılaşdırılmayıb. Zaynetdinov iclasın kimin təşəbbüsü ilə təxirə salındığını söyləməkdən imtina edib.

Xatırladaq ki, KTMT üzvləri Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

Qeyd edək ki, ötən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən insident səbəbilə 13 iyul tarixi üçün KTMT-nin iclası çağırılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm