Saakaşvili Gürcüstana vaxt qoydu: "100 gündən sonra..."
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili Gürcüstana vaxt qoydu: "100 gündən sonra..."

“Gürcüstan 100 gündən sonra ya xilas olacaq və ya bir ölkə kimi mövcud olmayacaq”.

Publika.az xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvili gənclərlə söhbəti zamanı deyib.

O həmçinin, onun Ukraynada çox yaxşı vəzifəsi olduğunu, amma vətənsiz qalmaq niyyətində olmadığını qeyd edib.

“Mənim vətənim Gürcüstandır və növbəti 100 gün bizim üçün çox vacibdir. Gürcüstan hökuməti hal hazırda insanları sakitləşdirməyə çalışır ki, onlar sakitləşsinlər, sussunlar. Gürcüstan hökuməti iqtisadiyyatı öldürür, Gürcüstanda insanlar turizm vasitəsi ilə dolanırlar, lakin bu gün turistləri ölkəyə buraxmırlar, çünki xalq nə qədər kasıb olarsa, seçkilərdə onların səsini bir o qədər ucuz ala bilərlər. Bunun qarşısını isə yalnız siz gənclər insanlarla danışmaqla, baş verənləri doğru düzgün çatdırmaqla ala bilərsiz. Bu sizlərin növbəti 100 gündə əsas vəzifənizdir.

Biz bir olmalıyıq, kim hansı müxalif partiyadan olur olsun bunun əhəmiyyəti yoxdur, adlar mənim üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Mən öz növbəmdə idman rejiminə keçmişəm, həlledici sıçrayışa hazırlaşıram”, - deyə Mixeil Saakaşvili bildirib. / "24news"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm