Ermənistanın yeganə ümidi: bütün gözləri ora dikilib, amma...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın yeganə ümidi: bütün gözləri ora dikilib, amma...

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycan-Ermənistan sərhədindəki gərginlik məsələsində mövqeyini açıqlamasını gözləyir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan danışıb.

“Qovorit Moskva” radiosuna açıqlama verən Toqanyan bu gün KTMT-nin Daimir Şurasının təcili iclasının keçirilməsinə ümid etdiyini bildirib: “Çünki KTMT üzvü bir ölkəyə, insidentlə heç bir əlaqəsi olmayan bölgəyə hücum müzakirə mövzusudur”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da həmin radioya açıqlama vermişdi. O, gərginliyin yeni olmadığını xatırladaraq Azərbaycan torpaqlarının 20%-ni itirməyi əsla qəbul etməyəcəyini vurğulamışdı: “Azərbaycan torpaqlarında işğal davam etdikcə bu cür olaylar qaçınılmazdır. Beynəlxalq ictimaiyyət tamamilə Azərbaycanın yanındadır”.

Xatırladaq ki, iyulun 12-də cəbhədə baş verən gərginlikdən dərhal sonra KTMT-nin 13 iyul tarixinə təcili iclası çağırılmış, lakin iclas qeyri-müəyyən tarixə təxirə salınmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm