Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə yaxınlaşır
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda koronavirusa yoluxanların sayı 35 minə yaxınlaşır

Son sutkada Ermənistanda koronavirusa 415 yoluxma qeydə alınıb.

Publika.az xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatına görə, bununla da koronavirusa yoluxanların ümumi sayı 34 877 nəfərə çatıb.

Son sutkada daha 10 nəfər COVID-19-dan ölüb.

Ermənistanda koronavirusdan 23 294 pasiyent sağalıb. 641 nəfər vəfat edib.

Hazırda 10 737 nəfər müalicə edilir. Koronavirusla bağlı ümumilikdə 146 717 test aparılıb.

Ermənistanda COVID-19-la mübarizə məqsədilə martın 16-dan avqustun 12-dək fövqəladə vəziyyət elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm