İrəvanda ruslar etiraza qalxdı…
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda ruslar etiraza qalxdı…

Rusiya vətəndaşları Ermənistandakı Rusiya Federasiyasının səfirliyi qarşısında etiraz aksiyası keçirərək, onlara ölkədən getməyə icazə verilməsini tələb ediblər.

Axar.az xəbər verir ki, 168.am pandemiyadan öncə Ermənistana müəyyən səbəblərə görə gələn Rusiya vətəndaşlarının artıq uzun müddətdir geri qayıda bilmədiklərini qeyd edib.

Məlum olub ki, müəyyən səbəblərdən Rusiya vətəndaşlarının öz avtomobillərində Ermənistandan getməsi hökumət tərəfindən qadağan edilib, bu isə rusiyalıların hiddətinə səbəb olub.

“Niyə Ermənistan hakimiyyəti bizə evə getməyə imkan vermir? Biz sadə insanlarıq və Ermənistan rəhbərliyinin siyasi intriqalarında iştirak etmək istəmirik”, - deyə sosial şəbəkələrdə Ermənistandan çıxma problemləri ilə üzləşən RF vətəndaşları yazırlar.

Etirazçılar Ermənistanın müvafiq qurumlarına məktub və şikayətlər göndəriblər, eyni zamanda qeyd ediblər ki, əgər onların problemi həll olunmasa, iyulun 30-da Baqrataşen nəzarət-buraxılış məntəqəsinə yola düşəcəklər və güc yolu ilə sərhəddi keçməyə cəhd edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm