Zalkaliani: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"
Bizi izləyin

Cənubi Qafqaz

Zalkaliani: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"

"Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməklə bağlı istənilən cəhd heç bir nəticə verməyəcək".

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən XİN başçısı Azərbaycanla çox yaxşı əlaqələrin olduğunu deyib:

"Biz strateji tərəfdaşlarıq. İki ölkə arasında münasibətləri korlamağa yönələn istənilən cəhd heç bir nəticə verməyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm