Gürcüstanda 5 vəzifəli şəxs istefaya göndərilir
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda 5 vəzifəli şəxs istefaya göndərilir

Hakim "Gürcü Arzusu"nun millət vəkilliyinə irəli sürülən vəzifəli şəxslər avqustun 1-də öz vəzifələrindən istefa edəcəklər.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyası rəsmi məlumat yayıb.

Məlumata əsasən, majoritar deputatlığa namizəd kimi irəli sürülən, Kaxeti, Şida Kartli, Mcxeta-Mtianetinin qubernatorları və Tbilisi Bələdiyyəsinin Vake rayonunun Bələdiyyə Məclisinin rəhbəri 1 avqustdan etibarən istefa verəcəklər.

İstefa verəcək digər şəxslərin siyahısı belədir:

İrakli Kadagişvili - Kaxetinin qubernatoru (Telavi-Axmeta-Kvareli-Lagodehhi seçki dairəsində majoritar namizəd);

Giorgi Xojevanishvili - Şida Kartli qubernatoru (Qori-Kaspi seçki dairəsində majoritar namizəd);

Şalva Kereselidze - Mcxeta-Mtianetinin qubernatoru (Mtsxeta-Duşheti-Tianeti-Kazbegi seçki dairəsindən majoritar namizəd);

Nodar Turdzeladze - Vake rayonunun Bələdiyyələri Məclisinin rəhbəri; (Vake dairə seçki dairəsindən majoritar namizəd)

Bundan başqa, bu günədək Gürcü Arzusu - Demokratik Gürcüstanın majoritar millət vəkili namizədi kimi irəli sürülən Acarıstan Muxtar Respublikasının səhiyyə və sosial məsələlər naziri Zaal Mikeladze istefa verib. Samegrelo-Zemo Svaneti qubernatoru Aleksander Motserelia bir neçə gün əvvəl istefa verib.

Qeyd edək ki, məlumatda millət vəkilliyinə namizədliyi irəli sürülmüş digər inzibati vəzifəli şəxslərin seçki kampaniyası başlayan kimi istefa verəcəkləri qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm