Ermənistan ordusunun zəif nöqtəsi - Paşinyan qərar verməyə məcbur oldu
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan ordusunun zəif nöqtəsi - Paşinyan qərar verməyə məcbur oldu

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölüm hallarını araşdırmaq üçün işçi qrupu yaradılır.

Publika.az xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Nikol Paşinyan qərar qəbul edib.

"Hökümətin sturkturu və fəaliyyəti haqqında" Ermənistan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 16-cı hissəsini əsas götürərək, qeyri-döyüş şəraitində ölən hərbçilərin ölümü ilə əlaqədar başlanmış cinayət işlərinin araşdırılması üçün işçi qrupu yaradılsın və onun iş prinsipləri müəyyən edilsin" -Ermənistan Nazirlər Kabinetinin saytında dərc olunan hökumət başçısının qərarında deyilir.

Qərar sənədin dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.

Xatırladaq ki, ilin əvvəlində Ermənistan ordusunda qeyri-döyüş şəraitində çox sayda hərbçi həlak olub. Bu hadisələrdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan orduda kadr dəyişikliyi elan edib. Fevralın 19-da baş nazirin təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryanın və Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Dəstək İdarəsinin rəisi Aleksan Aleksanyanın istefası barədə qərar imzalayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm