Polis rəisinin müavinləri eyni gündə istefa ərizəsi yazdı - İrəvan qarışır
Bizi izləyin

Cənubi Qafqaz

Polis rəisinin müavinləri eyni gündə istefa ərizəsi yazdı - İrəvan qarışır

Ermənistanda polis rəisinin müavinləri Hayk Mqryan və Tiqran Yesayan istefa ərizəsi yazıb.

Publika.az xəbər verir ki, bu barədə "168 Jam" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, kadr çatışmazlığı təhlükəsizlik şöbəsi üçün ciddi problemə çevriləcək.

Qeyd edək ki, H.Mqryan bu vəzifəyə 2020-ci ilin yanvarında təyin edilmişdi. T.Yesayan isə 2019-cu ildə polis rəisinin müavini olub.

Ermənistan Polisindən verilən məlumata görə, polis rəislərinin müavinləri baş nazirin təklifi ilə ölkə prezidenti tərəfindən təyin və vəzifədən azad edilir.

Aidiyyəti qurumlar məsələ ilə bağlı açıqlama verməkdən yayınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm