Cənubi Qafqaz
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü - VİDEO
Video əlavə edilib.
*****
15:00
Ermənistanda tarix dərsliklərində “türk izi”nin olması ilə bağlı qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutu bununla bağlı Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Müraciətdə bildirilir ki, tarix dərsliklərini tərtib etmək üçün yeni standartlar üzərində işləyən ekspert qrupunun işində “türk izi” var. Belə ki, yeni standartlarda indiyə qədər türklərlə bağlı qəbul olunmuş “pis və ya dəhşətli insanlar” sözü dəyişdirilib. Ermənistanda hesab edirlər ki, bunu dəyişdirənlər casus ola bilər və məsələni təhlükəsizlik xidməti araşdırmalıdır.
“168 jam” saytı yazır ki, 2017-2019-cu illərdə “erməni tarixi”, “Dünya tarixi” və “Sosial elmlər” fənlərinin standartını dəyişdirən mütəxəssislər qrupunun rəhbəri Lilit Mkrtçyandır.
“Mkrtçyan və qrupa daxil olan bir neçə ekspert türklərlə birlikdə “Türk və erməni məktəblərində tarix dərsi: tənqid və alternativlər” sənədini hazırlayıb və bu sənəd Ermənistan və Türkiyədə tarix dərsliklərini tərtib edərkən hansı meyarlara riayət edilməli olduğunu izah edən bələdçi rolunu oynayır”, - sayt yazır.
Əsas narazılıq doğrudan məqamlardan biri də tarix dərsliklərində vətənpərvərlik kəlməsinin azalması, əvəzində sülh sözünün çoxalması, toponimlərlə bağlıdır.
Asif
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...