Gürcüstanda azərbaycanlıya vəzifə verildi
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda azərbaycanlıya vəzifə verildi

Uzun illərdir Marneulidə taekvondo idman növü üzrə bir çox idmançılar yetişdirən Faiq Məmmədov, Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.

Publika.az xəbər portalına müsahibə verən F. Məmmədov qeyd etdi ki, onun özünün rəsmi yaratdığı sayokan federasiyası hazırda konfederasiyanın daxilində qeydiyatdadır, onun fəaliyyəti Gürcüstan kikboks və karate federasiyasının rəhbərliyi tərəfindən bəyənildiyi üçün ona bu vəzifə təklif olunub:

"Bir müddət öncə mənə təklif olundu ki, Gürcüstan kikboks və karate federasiyasının prezidenti olum. Təklif xüsusən hörmətli konfederasiyanın prezidenti Qaxa Beselia tərəfindən oldu. Onlar mənə qeyd etdilər ki, fəaliyyətimlə yaxından tanış olub və bəyəniblər. Təbiiki, dedilər bu məsuliyyətin öhədisəndən gələcəyinə inanırıq. Məndə bu təklifi qəbul etdim. Ümid edirəm ki, uğurlu olacaq və bu sahədə önəmli addımlar atacağıq".

Faiq Məmmədov qarşıda yeni yarışlar keçirməyi düşündüyünü və gənc idmançıları yüksək səviyyəli yarışlara çıxaracağını bildirdi:

"Yaxın vaxtlarda artıq yarışlar keçirməyi düşünürük. İlk öncə Marneuli üzrə, daha sonra Kvemo-Kartli üzrə, sonra Gürcüstan, daha sonra isə digər ölkələr üzrə yarışlar təşkil etməyə çalışacağıq. İnanıram ki, təcrübəmizdən yararlanıb uğurlu addımlar atacağıq", - deyə F. Məmmədov bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm