Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu

Gürcüstanın Sameqrelo və Zemo-Svaneti bölgəsinin Mestiya rayonuna daxil olan bir neçə yaşayış məntəqəsində xüsusi karantin qüvvəyə minir.

Publika.az xəbər verir ki, bu barədə Kordinasiya Şurası qərar qəbul edib.

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbər müavini, Aleksandre Xocenaşvilinin sözlərinə görə, məhdudiyətlər Mestia qəsəbəsində, Uşquli və Lenceri kəndlərində tətbiq ediləcək:
"Mestiya qəsəbəsində həmçinin Uşuqli və Lenceri kəndlərində yaranmış ağır epidemoloji vəziyətlə əlaqədar, ictimai sağlamlıq qanunu əsasında müəyyən tənzimləmələr tətbiq edilir. Onlar arasında karantin qadağaları da var. Mestiya Bələdiyyəsinə giriş və Bələdiyyədən çıxışa da məhdudiyətlər tətbiq olunur", - deyə Xocenaşvili bildirib.

Qeyd edək ki, bu gün Mestiyada rayonunda 17 yoluxma halı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm