Gürcüstanda daha 5 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda daha 5 nəfər koronavirusa yoluxdu

"Son 24 saat ərzində ölkə üzrə koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb".

Publika.az xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi rəhbəri, Marina Ezuqbaia açıqlama verib.

Tibb rəhbəri bildirib ki, yoluxanlardan ikisi Mestiyanın Lenceri kəndindəndir:
“Son 24 saat ərzində Gürcüstanda 5 yeni yoluxma halı ilə birgə 10 nəfər də sağalıb. Yoluxanlardan ikisi karantin rejimində olan Mestiyanın Lenceri kəndindəndir, biri yoluxan şəxslə təmasda olub, digər 2 şəxs isə xaricdən gəlib”, - deyə Ezuqbaia bildirib.

Qeyd edək ki, bu günədək ölkə üzrə ümumilikdə virusa 1,283 yoluxma halı qeydə alınıb, onlardan 1068 nəfəri tam sağalaraq evə buraxılıb. Hal-hazırda ölkə üzrə 198 pasyent koronavirusla əlaqədar müalicə alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm