• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Karantində olan gənc özünü dördüncü mərtəbədən atdı

Karantində olan gənc özünü dördüncü mərtəbədən atdı

Batumidə özünü 4-cü mərtəbədən atan gəncin vəziyyəti orta ağırdır.

Publika.az xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, 4-cü mərtəbədən özünü atan şəxs xəstəxanaya səhər saat 4-də hüşsuz vəziyyətdə gətirilib:

"Karantin otelindən özünü atan şəxs, nəzarət olunan süni nəfəslə reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağırdır, çox sınığı var, o huşunu itirmiş vəziyyətdə səhər saat 04:00 radələrində xəstəxanaya gətirilib", - deyə klinikadan bildirilib.

Xatırladaq ki, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı F.C. avqustun 13-də Sarp sərhəd-buraxılış məntəqəsindən Gürcüstana daxil olub. O, sonra məcburi karantin üçün Batumidəki karantin otellərindən birinə yerləşdirilib. Avqustun 14-də isə naməlum səbəblərə görə F.C. qəfildən otelin 4-cü mərtəbəsindən özünü atıb.

İddialara görə, sözügedən şəxs karantin vəziyyətindən qaçmaq məqsədi ilə oteldən yerə düşməyə cəhd edib, nəticədə isə o, 4-cü mərtəbədən yıxılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR