Gürcüstanda yoluxma halları artdı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda yoluxma halları artdı

Bu gün Gürcüstanda virusa yoluxmuş 15 nəfər barədə açıqlama verilib.

Publika.az xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının tibbi rəhbəri, Marine Ezuqbaia açıqlama verib.

O deyib ki, yoluxanlardan 9-u kantin rejimi tətbiq olunan Mestiya Bələdiyyəsinə səyahət edənlərdir:

"Son 24 saat ərzində virusa yoluxan 15 nəfərdən 9-u karantin rejimi tətbiq olunan Mestiya Bələdiyyəsinə səyahət edən şəxslərdə aşkar olunub, 4-ü virus daşıyıcıları ilə təmasda olan şəxslərdir, 1-i isə ölkəyə xaricdən daxil olan yük avtomobilinin sürücüsüdür, bir nəfərin isə yoluxma mənbəsi hələ bilinmir, epidemoloqlar hal hazırda axtarışdadır”, - deyə Ezuqbaia bildirib.

Qeyd edək ki, hal-hazırda ölkə üzrə 334 pasyent koronavirusla əlaqədar müalicə alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm