Gürcüstanda daha 9 nəfərdə koronavirus tapıldı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda daha 9 nəfərdə koronavirus tapıldı

"Son 24 saat ərzində ölkə üzrə koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb, onlardan 4 nəfəri yoluxan şəxslərlə təmasda olan vətəndaşlarda aşkar olunub".

Publika.az xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi rəhbəri, Marina Ezuqbaia açıqlama verib.

Tibb rəhbəri bildirib ki, yoluxanlardan birinin yoluxma mənbəsi hələ bilinmir.

“Bu gün virusa yoluxan 9 nəfərdən biri tibb işçisidir, digər 4 nəfəri virusa yoluxanlarla təmasda olan, üç nəfəri isə xaricdən ölkəyə daxil olan şəxslərdir. Virusa yoluxan bir nəfərin isə yoluxma mənbəsi hələ bilinmir, epidemoloqlar bununla bağlı araşdırma aparırlar", - deyə Ezuqbaia bildirib.

Qeyd edək ki, hal-hazırda ölkə üzrə 245 pasyent koronavirusla əlaqədar müalicə alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm