Cənubi Qafqaz
Dayə iki yaşlı uşağı DÖYDÜ - VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları azyaşlıya qarşı törədilən fiziki şiddət faktı ilə əlaqədar, 1973-cü il təvəllüdlü L.L-nı saxlayıb.
Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 1973-cü il təvəllüdlü L.L, digər iki dayə ilə birlikdə ailədəki 5 azyaşlı uşağa xidmət göstərirlərmiş. Məlum olub ki, L.L baxıcılığını etdiyi 2 yaşlı uşağa mütəmadi olaraq fiziki şiddət göstərib.
Bu barədə görüntüləri evdə işləyən digər uşaq baxıcıları: Ş.D və İ.B polisə təqdim ediblər. Daha sonra isə polis əməliyyat keçirərək L.L-nı saxlayıb.
Daxili İşlər Nazirliyi faktla bağlı cinayət məcəlləsinin 126-cı maddəsinin müvafiq bəndi əsasında istintaq başladıb. Təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
































.jpg)
