Zalkaliani Azərbaycan səfiri ilə vidalaşdı
Bizi izləyin

Cənubi Qafqaz

Zalkaliani Azərbaycan səfiri ilə vidalaşdı

Xarici İşlər naziri David Zalkaliani Azərbaycanın ölkədəki səfiri Dursun Həsənovu diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə nazir D.Həsənova Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli strateji münasibətlərin gücləndirilməsi və dərinləşdirilməsindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

D.Zalkaliani gələcəkdə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.

Görüşün sonunda XİN başçısı azərbaycanlı diplomata səmərəli xidmətinə görə bir daha minnətdarlıq edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm