Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 14 nəfər öldü
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 14 nəfər öldü

Ermənistanda 31 avqust-3 sentyabr tarixlərində kustar üsulla hazırlanmış spirtli içkidən zəhərlənənlərin sayı artıb.

Publika.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bu müddət ərzində 14 nəfərin zəhərlənərək öldüyünü bildirib.

Onlardan ikisi Armavir bələdiyyəsinin işçiləridir.

Zəhərlənmə hadisələrinin əksəriyyəti Armavir bölgəsində və Ermənistanın paytaxtında qeydə alınıb.

Bundan əvvəl Armavir Regional İstintaq İdarəsində Ermənistan Cinayət Məcəlləsinin 279-cu maddəsinin 3-cü hissəsi (malların sərbəst buraxılması və ya satışı, işin yerinə yetirilməsi və ya təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərilməsi) ilə cinayət işi başlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm