Gürcüstanda koronavirusun ikinci dalğası başladı - RƏSMİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda koronavirusun ikinci dalğası başladı - RƏSMİ

Baş nazir Giorgi Qaxaria Gürcüstanda koronavirus panidemiyasının ikinci dalğasının başladığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında məlumat verib.

Hökumət rəhbəri ölkədəki epidemioloji vəziyyətin yavaş-yavaş dəyişdiyini açıqlayıb.

"Bu gün qeydə alınan 57 yoluxma və dünənki 44 yoluxma halı onu göstərir ki, ölkədəki epidemioloji vəziyyət asta-asta dəyişir. Biz ikinci dalğanın başlamasını ehtimal edirik. Bu proses faktiki olaraq hazırda başlayır. Əsas odur ki, təlaşa heç bir səbəb yoxdur. Biz vəziyyəti yönəldirik və vəziyyət təmamilə nəzarətimiz altındadır. Nəzarətin əsas istiqamətlərindən biri virusun yayılma risklərinin yönəldilməsi məsələsidir. Misal üçün, epidemiyanın başladığı ilk günlərdə bizim səhiyyə sistemimiz gündəlik 159 PCR test həyata keçirirdi, bu gün isə 6000-7000 test həyata keçirə bilirik. Gələcəkdə bu rəqəmlər 10 000 nəfərədək arta bilər", - deyə baş nazir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm