Cənubi Qafqaz
Gürcüstan yaşıl zonada qaldı
“Son həftə ərzində Gürcüstanda koronavirusa yoluxa sayında artımın olmasına baxmayaraq, ölkə “yaşıl” zonada qalır”.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.O bildirib ki, digər ölkələrlə müqayisədə Gürcüstan əvvəlki kimi ən təhlükəsiz ölkələrdən biridir.
Qamkrelidzenin sözlərinə görə, Gürcüstanın malik olduğu təhüləksiz bölgə statusunu saxlamaq üçün əhali tövsiyyələri mütləq əməl etməlidir:
"Bizim bir çox vətəndaşlar əsas tövsiyyələri artıq əməl etmirlər. Bilirəm ki, maska ilə, sosial məsafə ilə bağlı başınızı yormuşam, ancaq koronavirus əleyhinə daha güclü bir silah mövcud deyil. Yoluxanların sayındakı artıma baxmayaraq, Gürcüstan yaşıl, yəni təhlükəsiz zonada qalmaqda davam edir. Hamımız bilməliyik ki, bu təhlükəsizlik statusunu qorumaq lazımdır. Bunun üçün isə əməkdaşlıq və bütün tövsiyyələrə əməl etmək mütləqdir", - deyə Qamkrelidze bildirib.
Baş epidemioloqun sözlərinə görə, aparılan testlərin sayı artırılıb: “Avqustda 4 665 test həyata keçirilibsə, sentyabrın 4-də bu gösətirici 8 259-a çatıb”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!