Ermənistan polisi qadına zor tətbiq etdi - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan polisi qadına zor tətbiq etdi - VİDEO

Ermənistanın paytaxtı Yerevanın Malatiya-Sebastia rayonunda polis əməkdaşları qadına qarşı zorakılıq tətbiq ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, polis əməkdaşları qadının tibbi maskadan istifadə etmədiyini bildiriblər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qadın tibbi maskadan istifadə etdiyini iddia edir. Lakin polis əməkdaşları onunla razılaşmayıblar.

Bu zaman küçədə olan şahidlər hadisəyə müdaxilə etməyə çalışıblar, amma sonda polislər güc tətbiq edərək qadını avtomobilə əyləşdiriblər və bölməyə aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm