Gürcüstan bu ölkəyə uçuşları BƏRPA ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan bu ölkəyə uçuşları BƏRPA ETDİ

"Oktyabr ayının birindən Kutaisi hava limanından Riqa istiqamətilə aviauçuşlar baş tutacaq".

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, uçuşları "Wizzair" şirkəti həyata keçirəcək.

"Hazırda Riqa istiqamətilə həftədə bir dəfə reys həyata keçirilir. İlkin müzakirələrə görə başqa bir istiqamətə birbaşa uçuşlar həyata keçirməyimiz üçün razılıq əldə etdik. Bildiyiniz kimi, bu gün Tbilisidən Avropaya birbaşa uçuşlar beynəlxalq hava yolu şirkətləri ilə yanaşı, milli aviadaşıyıcımız üçün də açıqdır. Həm də bu gün oktyabrdan etibarən Kutaisidən Riqaya (Latviya) birbaşa uçuş həyata keçirməyə qərar verdik. Aviareysi "Wizzair " hava yolu şirkəti təmin edəcək ", - deyə Qaxariya qeyd edib.

Onun sözlərinə görə, hökumət diqqətlə və davamlı olaraq Gürcüstan hava yollarını açmağa davam edəcək.

"Bu, ilk növbədə epidemioloji vəziyyət və iqtisadi maraqlar nəzərə alınmaqla baş verəcək", - deyə Qaxaria əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm