Ermənistanda zavod partlayışının zərəri böyüyür: ölənlərin sayı artdı
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda zavod partlayışının zərəri böyüyür: ölənlərin sayı artdı

Ermənistanın Armavir bölgəsindəki “Proşyan” konyak fabrikində şərab çəninin partlaması nəticəsində baş verən hadisədə ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daha bir nəfər ölüb.

Bununla da ölənlərin sayı üçə çatıb. Yaralı sayı isə üç nəfərdir.

Qeyd edək ki, hadisə 1 sentyabrda baş vermişdi. Zavodun istehsal bölməsində 30 tonluq şərab tankı partlamışdı.Yanğında şöbə müdiri də daxil olmaqla iki nəfər ölmüşdü.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm